24 C
Bakı
22 İyun 2025 16:11
Cəmiyyət

11 nəfərin imtahan nəticəsi ləğv olundu

 

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5 mart 2023-cü il tarixində keçirilmiş buraxılış imtahanında qaydaları pozduğu üçün 11 nəfərin nəticəsi ləğv olunub.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu imtahanlarda iştirakı nəzərdə tutulan 50498 nəfərdən 476 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 11 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçıları arasında ən yüksək nəticəni 296.7 bal toplayan Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin şagirdi göstərib. Məlumat üçün qeyd edək ki, həmin şagird 2 il əvvəl də 9-cu sinif buraxılış imtahanında 282.6 bal toplamaqla yüksək nəticə göstərib.

Tacxeber.com

Oxşar xəbərlər

Dünyada ən motivasiyalı şəxs ayaqyoluna tələsən insandır.

admin

Bəzi internet TV kanallarında özlərini qazi kimi təqdim edən şəxslərin intihara cəhd görüntülərini əks etdirən iddialar yayılıb

redaktor

İlham Əliyevin nəvəsi dünya çempionatında finala çıxdı

redaktor