24 C
Bakı
22 İyun 2025 15:41
İqtisadiyyat

Yerli kartof qəhətə çəkilib, xarici məhsul bazarı “zəbt edib” – VİDEO

 

İstehlak bazarında yerli kartof qəhətə çəkilib. Türkiyə, Rusiya, İran və Pakistandan gətirilən kartof məhsulu isə boldur. Mövcud vəziyyət öz növbəsində qiymətə təsirsiz ötüşmür.

Tacxeber.com Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bazarda ən ucuzu Türkiyədən idxal edilmiş kartofdur. Alıcılara 90 qəpiyə təklif edilir.

Bazara çıxarılan yerli kartof əsasən Gədəbəy və Qusardan gətirilir.

Kartofdan fərqli olaraq yerli soğan daha ucuz – 90 qəpiyə, xaricdən idxal edilmiş isə 1 manat 10 qəpiyə satılır.

Satıcılar bir müddətdən sonra bazarlarda daha çox yerli tərəvəzlərin satışa çıxarılacağını bildirirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

Oxşar xəbərlər

“Tesla”nın satışları kəskin azalır – Tələb zəifliyi davam edir

admin

Bütün metrostansiyalarda QR ödəniş mümkün oldu

redaktor

Sabit “tarif” nağılı – Cəmil Həsənli

admin