23.2 C
Bakı
15 İyun 2026 12:42
Cəmiyyət

Bu gündən Azərbaycanda bu qadağalar ləğv edildi – RƏSMİ

 

Bu gündən xüsusi karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılıb.

Tacxeber.com xəbər verir ki, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Nazirlər Kabinetinin ölkəmizdə xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə qərarına əsasən müəyyən edilib ki, aşağıdakı hallarda COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) tələbi ləğv edilir:

Xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına girişi zamanı; müəyyən olunmuş yerlərə (şənlik mərasimləri keçirilən məkanlar, idman və sağlamlıq-bərpa obyektləri, iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, mehmanxanalar, şəhərlərarası (rayonlararası) nəqliyyat marşrutları və belə tələb müəyyən edilmiş digər yerlər) daxil olmaq üçün.

Tacxeber.com

Oxşar xəbərlər

DSMF-nin yeni sədri Sahil Babayev və Anar Kərimovla qrup yoldaşı olub – DOSYE

redaktor

Qurban Qurbanov qələbəni şərh etdi

admin

Türkiyədə 100-dən çox deputat xəstəxanaya yerləşdirildi – Nə baş verir?

redaktor