İdman

“Mxitaryan mənim dostumdur, amma…” – Cengiz Ünder Türkiyə-Ermənistan oyunundan DANIŞDI

 

“Futbolçularımız heç vaxt bu qədər psixoloji və fiziki vəziyyətdə olmayıblar. Təbii ki, zəlzələ onlara mənfi təsir göstərib. Rəqibin Ermənistan millisi olması da müəyyən gərginliyə səbəb olur”.

Tacxeber.comxəbər verir ki, bunu Ermənistanla oyun öncəsi Türkiyə millisinin futbolçusu Cengiz Ünder bildirib.

Ünder Ermənistan millisinin sabiq kapitanı Henrix Mxitaryanı da xatırlayıb. “Mxitaryan mənim dostumdur, onun təcrübəsi mənə çox kömək edib. Amma onun oynayıb-oynamamasının bizim üçün fərqi yoxdur. Bizim məqsədimiz sabahkı oyunda qələbə qazanmaqdır. Bizim vəzifəmiz üç xalı götürüb Xorvatiya ilə oyuna hazırlaşmaqdır”, – Ünder deyib.

Xatırladaq ki, Aleksandr Petrakovun rəhbərlik etdiyi Ermənistan millisi martın 25 -də Türkiyə yığması ilə 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin qrup mərhələsinin ilk oyununu keçirəcək. Ermənistan millisi D qrupunda çıxış edir və onun rəqibləri Xorvatiya, Türkiyə, Uels və Latviya milliləridir.

Tacxeber.com

Oxşar xəbərlər

“Fənərbağça”nın ulduzunun ailəsi zəlzələ zamanı evi ayaqyalın tərk etdi – VİDEO

redaktor

40 yaşlı Ronaldo bir oyunda 3 qol vurdu

redaktor

Əgər “Qarabağ” “Maradona”ndan da qələbə ilə dönə bilsə, arzusu real hədəfə çevriləcək”. – İtaliya mediası

admin