23 C
Bakı
22 İyun 2025 19:02
Dünya

“Bu dünya murdar yerdir“ – Hacı Surxay Hacı Şahindən danışdı

“Bu dünya murdar yerdir“ - Hacı Surxay Hacı Şahindən danışdı

 

Hacı Şahin Həsənlinin ölümü məni dərindən sarsıtdı.

Bunu Modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli deyib.

“Səhər saatlarında aldığım bu xəbərlə dərindən sarsıldım. Göz yaşlarımı saxlaya bilmədim. Hacı Şahin mənim qardaşım, dostum, eyni zamanda iş yoldaşım idi. Onun cavan yaşda ölümü sarsıdıcı oldu. Ölüm haqdır, hər birimiz bir gün Allahdan gəldiyimiz kimi, ona dönəcəyik. Hacı Şahin Allaha qovuşdu. Bu, dünya müvəqqətidir, bu dünya murdar yerdir, Hacı Şahinin o dünyası gözəl olsun. Onun din yolunda xidmətləri böyükdür”, – deyə Hacı Surxay bildirib.

O, Hacı Şahinlə son danışığını belə xatırlayıb:

“İki gün öncə bir tanışımı itirdim, mənə zəng edib başsağlığı verdi, kömək təklif etdi, maraqlandı. Ona narahat olmamasını bildirdim. “Özünə fikir ver” deyəndə mənə hər şeyin yaxşı olacağını bildirdi. Təəssüf ki, belə olacağını bilməzdik. Səhhəti ilə bağlı heç bir şikayəti yox idi”.

Qeyd edək ki, Hacı Şahin bu gün səhər saatlarında ürəktutmasından vəfat edib.

Tacxeber.com

Oxşar xəbərlər

İranın raket istehsalı obyekti məhv edilib – İddia

redaktor

Quzu da səs verməyə gəldi – VİDEO

redaktor

Polşada iş yerində telefonların enerji ilə doldurulmasına qadağa qoyuldu

redaktor