Cəmiyyət

Qəbiristanlıqlar bələdiyyələrə verilməlidir – Deputat

 

Bələdiyyələrin, bələdiyyə üzvlərinin sayının azaldılması lazımdır.

Tacxeber.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2022-ci il üzrə) məruzə”nin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Siyavuş Novruzov deyib ki, Bakı, Sumqayıt və Gəncə kimi şəhərlərdə Böyük Şəhər bələdiyyələri yaradılmalıdır: “Bələdiyyələrin sərhədlərinin müəyyənləşdirilməsi və elektron xəritələrin verilməsi prosesi başa çatmalıdır. Qəbiristanlıqların da bələdiyyələrə verilməsi təmin olunmalıdır. Hazırda bununla bağlı müzakirələr aparılır və inanıram ki, yaxın gələcəkdə həllini tapacaq”.

Tacxeber.com

Oxşar xəbərlər

Rəşad Dağlının həbs həyatı necə keçir? – Həbsxana yoldaşından ŞOK DETALLAR – VİDEO

redaktor

Hansı evlərin kirayə qiyməti ucuzlaşacaq? – VİDEO

redaktor

Aydın Xırdalanlının anası: “İstəmirdim meyxanaçı olsun“ – VİDEO

redaktor