8 C
Bakı
09 Fevral 2026 12:05
Dünya

Dünya Bankının rəhbəri vəzifəsinə namizədliyi irəli sürüldü

 

ABŞ prezidenti Co Bayden “Mastercard”ın keçmiş baş direktoru Ajay Banqanın Dünya Bankının yeni prezidenti təyin edilməsini təklif edib.

Tacxeber.com xəbər verir ki, bu barədə Ağ Evin saytında bildirilib.

“Ajay bu kritik dövrdə Dünya Bankına rəhbərlik etmək üçün unikal mövqeyə malikdir. O, üç onillikdən çox vaxtını iş yerləri yaradan və inkişaf etməkdə olan iqtisadiyyatlara sərmayələr gətirən uğurlu qlobal şirkətlərin yaradılmasına və idarə olunmasına, eləcə də əsaslı dəyişikliklər dövrlərində təşkilatlara rəhbərlik etməyə sərf edib”, – Amerika lideri təklif olunan namizədlik haqqında deyib.

Bayden əlavə edib ki, “Mastercard”ın keçmiş rəhbəri aktual problemlərin həlli üçün dövlət-özəl resursları səfərbər etmək təcrübəsinə malikdir, o cümlədən iqlim dəyişikliyi.

Tacxeber.com

Oxşar xəbərlər

İsrail ordusu terrorçuların olduğu 1 707 hədəfi məhv edib

redaktor

Rusiya-Ukrayna müharibəsi çexiyalı iş adamını milyarderə çevirdi – SƏBƏB

redaktor

“İctimai iaşə müəssisələrinin nəzarətdə saxlanılması vacibdir, çünki…”

redaktor