17 C
Bakı
27 Oktyabr 2026 12:44
Hadisə

Türkiyədə vəfat edən tələbəmizin evindən REPORTAJ – VİDEO

 

“Nəvəm ağıllı, kamallı idi. Oğlum söylədi ki, dağıntılar altından bir azərbaycanlı tələbəni çıxardıblar. Şahinə oxşasa da, amma o deyil. Çünki boyu uyğun gəlmir. Şahinin boyu 1,90 santimetr idi”.

Tacxeber.com xəbər verir ki, bu sözləri Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində uçan binanın dağıntıları altında qalan və ötən gün xilasedicilər tərəfindən nəşi çıxarılan azərbaycanlı tələbə Şahin Vəliyevin nənəsi Solmaz Kazımova Baku.TV-yə müsahibəsində deyib.

Mərhum tələbənin nənəsi nəvəsinin ölüm xəbərindən sarsıldığını bu sözlərlə ifadə edib:

“Daha sonra digər azərbaycanlı tələbənin nəşini dağıntılar altından çıxartdılar. Zəng etdim oğluma. O isə ürəyinin sıxıldığını və danışa bilmədiyini söylədi. Öyrəndik ki, bu, Şahinin nəşidir. Ondan sonra isə Samirin meyitini çıxartdılar”

Qeyd edək ki, Malatya şəhərindəki İnönü Universitetinin tələbələri – Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin meyitləri uzunmüddətli axtarışdan sonra dünən tapılıb.

 

Oxşar xəbərlər

Bakıda FIFA U-15 Dünya Çempionatında QALMAQAL

admin

Adolf Hitlerin Bavariya Alplarında yerləşən iqamətgahı yandırılıb

admin

Gürcüstanda David Qareci ilə bağlı iddialara görə jurnalist dövlətə xəyanət ittihamı ilə saxlanılıb

admin