Gündəm

Şəhid Orxanla Rza Talıbovu nə bağlayır? – MARAQLI FAKT

 

Azərbaycanın Tehrandakı səfirliyinə hücum zamanı şəhid olan Orxan Əsgərovun yas mərasimində Naxçıvan MR-in keçmiş sədri Vasif Talıbovun oğlu Rza Talıbovun da iştirak etməsi ictimaiyyətdə maraq doğurub.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, onlar tələbə yoldaşı olublar.

Belə ki, həm Rza Talıbov, həm də Orxan Əsgərov 1999-2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində bakalavr təhsili alıblar.

Onları tanıyan şəxslər də tələbə yoldaşı olduqlarını bildiriblər.

Qeyd edək ki, ötən gün Orxan Əsgərovun Yeni Yasamal qəsəbəsində təşkil olunan yas mərasimində deputatlar, hökumət nümayəndələri də iştirak edib. Onların arasında Naxçıvan MR-in keçmiş sədri Vasif Talıbovun oğlu Rza Talıbov da olub.

Tacxeber.com

Oxşar xəbərlər

Cığatel qəzada ölən nəvəsinə şeir həsr etdi

redaktor

Tarix boyu insanlığa qarşı ən qatı cinayətlər din və Allah adına törədilib.

admin

“Bitcoin”inin 125.000 dollara çatacağı tarixi açıqlandı

admin