26 C
Bakı
11 Avqust 2025 03:10
Dünya

Qarabağda yaşayan erməni qadınlarından Azərbaycana qarşı iftira

Qarabağda yaşayan erməni qadınlarından Azərbaycana qarşı iftira

Qarabağ separatçıları Azərbaycana yönəlik daha bir iftiraya əl atıblar.

Tacxeber.combu barədə erməni mediasına istinadən xəbər verir.

İddiaya görə, Azərbaycan guya Xankəndi və digər ərazilərdəki erməni qadınların Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə ünvanladığı onlayn petisiyanı bloklayaraq, silə bilib. “Artsaxın qadınları artsaxın gələcəyi naminə” qondarma “vətəndaş təşəbbüsü”nün yaydığı məlumatda deyilir:

“Dekabrın 12-dən artsaxda 120 000 (?!-M.) erməninin “blokadası” ilə kifayətlənməyən azərbaycanlı təxribatçılar yanvarın 26-da change.org saytında dərc edilmiş onlayn petisiyaya keçidi bloklamaq və onu silmək yolunu tapıblar”.

Bu sərsəm petisiyanın müəllifləri iddia ediblər ki, müraciətdə Qarabağın “blokada”dan azad edilməsi xahişi əksini tapıbmış və guya bir sutkada 4 min nəfər imzalayıbmış. Beləliklə, indi də erməni separatçılar axçiləri “döyüşə” göndərir./Musavat.com

Tacxeber.com

Oxşar xəbərlər

Mahmud Abbasın korteji atəşə tutuldu – VİDEO

admin

Günəş Yeri qızdırırsa, kosmos niyə bu qədər soyuqdur: Elm buna cavab verir

redaktor

Ali Rada Zelenskiyə dəstək bəyanatını təsdiqlədi

redaktor