16 C
Bakı
27 Sentyabr 2025 00:44
Dünya

Ukrayna aviasiyası rusların hərbi obyektlərini bombaladı

Ukrayna aviasiyası rusların hərbi obyektlərini bombaladı

 

Rusiya-Ukrayna müharibəsi qanlı toqquşmalarla davam edir.

Ukrayna Silahlı Qüvvələri Donbasda, Baxmut və Uqledar yaxınlığında Rusiyanın hücumlarını dəf edib.

Tacxeber.com“Unian”a istinadən xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Ukrayna Rusiya qüvvələrinə güclü zərbələr endirib.

“Son sutka ərzində Ukrayna aviasiyası işğalçıların cəmləşdiyi rayonlara 4 zərbə endirib, raket və artilleriyaçılarımız 2 komanda məntəqəsinə, 2 hava hücumundan müdafiə sisteminə, canlı qüvvənin cəmləşdiyi əraziyə, 1 sursat anbarına zərbələr endirib”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Eva Kayli səlahiyyətlərindən məhrum edildi

redaktor

Alimlərdən XƏBƏRDARLIQ – Zəlzələlər ola bilər

redaktor

Moskvada kottecdə Ukraynanın keçmiş deputatının meyiti tapıldı.

admin