11 C
Bakı
30 Mart 2026 22:50
Hadisə

Bakıda qəfil yola çıxan piyadanın dəhşətli ölümü – VİDEO

 

Bakı-Sumqayıt yolunda piyadanın ölümü ilə nəticələnən dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

Pravda.az xəbər verir ki, hadisə ötən il iyulun 18-i qeydə alınıb.

Belə ki, İsmayıl Cəfərovun idarə etdiyi avtomobilin qarşısına yolu keçmək istəyən piyada çıxıb. Bu zaman piyada hərəkətdə olan avtomobilə dəyərək yerə çırpılıb.

Hadisədən sonra sürücü piyadanı xəstəxanaya aparsa da həyatını xilas edə bilməyib.

Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi keçən prosesdə İsmayıl Cəfərova 5 il həbs istənilib.

Qeyd edək ki, İsmayıl Cəfərov hərbçidir və qardaşı Oruc Cəfərov Vətən Müharibəsində Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. (Baku.ws)

Tacxeber.com

Oxşar xəbərlər

Buraxılış imtahanından yüksək bal toplamış məktəbli beyin virusundan öldü – Video

redaktor

Nuranə hadisə vaxtı tək olmayıb – Təlimçi DANIŞDI

redaktor

İndi də Altay Göyüşova pasport verilmir.

admin