25 C
Bakı
11 Avqust 2025 00:23
Hadisə

Ukraynada qadın dağıntılar altından belə xilas edildi – FOTOLAR

 

Ukraynanın Dnepr şəhərində raket hücumuna məruz qalmış binanın dağıntıları altından bir nəfər xilas edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daxili işlər nazirinin sözlərinə görə, xilasetmə əməliyyatı 10,5 saat davam edib. Səhər saatlarında “dəqiqəlik sükut” zamanı dağıntılar altında qalan qadının səsini eşitmək mümkün olub. O, saat 11:30-da xilas edilib.

Dnepr meri Boris Filatov hazırda binanın dağıntıları altında ola biləcək daha 40 nəfərin axtarışlarının davam etdiyini deyib. O, bildirib ki, bu səbəbdən qurbanların ümumi sayı əhəmiyyətli dərəcədə arta bilər.

 

Oxşar xəbərlər

Qazaxıstanda şaxtada partlayış: Ölən və yaralananlar var

admin

Ermənistandan Türkiyəyə təhvil verildilər.

admin

Yaponiyada dəhşət: İçərisində 300 nəfərin olduğu təyyarə partladı – VİDEO

redaktor