3 C
Bakı
11 Fevral 2026 17:17
Siyasət

“Caliber”: “Nikol Paşinyanın yeni sirk tamaşası” – VİDEO

 

Ötən çərşənbə axşamı sitatlarla kifayət qədər zəngin oldu. Həmin gün iki lider – Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan hər biri öz ölkələrində yerli jurnalistlərlə görüş keçirib, onların suallarını cavablandırıblar. Hər iki halda seçilmiş söhbət formatları və ümumi ab-hava respondentlərə tanış idi.

Bu barədə “Caliber”in “Youtube” kanalının növbəti buraxılışında deyilir.

Oxşar formatlarda görüşlər əvvəllər də həyata keçirilib. Sualların məzmunu və jurnalistlərin toxunduqları mövzular yeni olsa da, iki ölkə cəmiyyətinin liderlərinin çıxışlarına sonrakı reaksiyaları çox da dəyişməyib.

Prezident Əliyevin cavabları əvvəlki kimi aydın, mənalı, səslənən mesajlar isə birmənalı, ünvanlı və şəffaf idi. Onun erməni həmkarı isə əvvəlki kimi açıqlamaları ilə qaşların çatılması və gözlərin bərəlməsi kimi effektlər yaradıb.

Daha ətraflı süjetdə:

Tacxeber.com

 

Oxşar xəbərlər

ABŞ-dan SON HƏMLƏ: İsrailə hərbi yük dolu 14 təyyarə göndərdi

redaktor

“Qarabağ Azərbaycanın bir hissəsi olmayacaq, Yerevan isə İrəvan ola bilməz” – Manukyan ÇƏRƏNLƏDİ

admin

Adil Qeybulla bu məşhur deputata rəqib oldu

redaktor