24 C
Bakı
13 Avqust 2025 07:29
Dünya

Vasif Talıbovun qardaşının şirkətində YOXLAMALAR

 

Naxçıvanda “Sürət Kargo” MMC-nin ofisində yoxlamalar başlayıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, yoxlamalar şirkətin Naxçıvan şəhəri Təbriz küçəsi, 1 ünvanındakı mərkəzi ofisində və anbarlarında aparılır.

Məlumata görə, sözügedən şirkət həm ölkədaxili, həm də beynəlxalq poçt bağlamalarının daşınmasını həyata keçirir. “Sürət Kargo” MMC Azərbaycan Respublikasında və Türkiyədə qeydiyyatdan keçmiş və hər iki ölkədə özünə məxsus ofislərində fəaliyyət göstərir.

Şirkət Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbova məxsusdur və bölgədə bu sahədə inhisarçı kimi tanınır.

“Sürət Kargo” MMC-nin Ordubaddakı və Bakıdakı ofislərində də yoxlamalar başlayıb.

 

Oxşar xəbərlər

Rusiyanın səyahət gəmisi Amasra limanına çırpıldı – FOTO

redaktor

Almaniya XİN başçısı İsraildə bomba sığınacağındadır

redaktor

Qurani-Kərimi ayaqlayıb videoya çəkdi – Saxlanıldı

admin