GündəmSağlamlıq

Ürəyimizin sağlamlığı üçün nələrə diqqət edək?

Yeni il ərəfəsində infarkt, ağır yemək, həddindən artıq siqaret və spirtli içki, əyləncə, yuxusuzluq və soyuq hava diaqnozu ilə xəstəxanaya müraciət edənlər çox olur.

Yeni il ərəfəsində ürəyiniz üçün diqqət etməli olduğunuz nüanslar:

1. Vərdişlərinizdən kənara çıxmayın. Ürək sağlamlığı üçün həm yeməkdə, həm də əyləncədə diqqətli və ölçülü olmaq, rutin vərdişlərdən kənara çıxmamaq və hədləri aşmamaq vacibdir.

2. Süfrədə balığa yer ayırın. Yeni il menyusunda əsas yemək kimi qırmızı əti seçməyin. Ürək dostu balıq və salat seçə bilərsiniz.

3. Alkoqol və siqaretə diqqət edin! Siqaret və spirt istehlakını məhdudlaşdırın. Yeni ilə siqaret çəkməyən biri kimi girmək ürəyinizə edə biləcəyiniz ən böyük yaxşılıqlardan biridir.

4. Çərəz seçiminə diqqət edin. Xüsusilə qoz, badam və günəbaxan tumları istehlak edilə bilər.

5. Çipslərdən və hazır qidalardan uzaq durun. Duz və trans yağlarla zəngin olduğu üçün çips və hazır qidalardan uzaq durmaq lazımdır.

6. Şirniyyat yerinə meyvəyə üstünlük verin. Mədənizi kalorili desertlə yükləmək yerinə vitamin və liflə zəngin olan meyvələrdən istifadə etmək faydalıdır.

7. Rəqs edərkən diqqətli olun! Ürək xəstəliyi olan və ya risk altında olan insanlar həddindən artıq fiziki aktivlikdən çəkinməlidirlər.

8. Əyləncələrdə sakit musiqilərə üstünlük verin. Səs-küylü ritmik musiqi yerinə ruhu rahatlaşdıracaq, ritmi və gərginliyi tənzimləyən sakit musiqiyə üstünlük verilə bilər.

9. Yürüyüşü unutmayın! Xüsusilə ilin ilk günü hava çox soyuq deyilsə, gəzintiyə çıxmaqla yeni ildə yeni bir vərdişə qədəm qoya bilərsiniz.

10. Keyfiyyətli yuxu önəmlidir! Yeni ilə gecəsi gec saatlarda yatmayın! 7 saat keyfiyyətli yuxu qan təzyiqini tənzimləyir və damar sağlamlığını qoruyur.

Tacxeber.com

Oxşar xəbərlər

Cəmi 1 qaşıqla 10 minlərlə xərçəng xəstəsi, kimyaterapeyasız, əməlliyyatsız sağaldı!

redaktor

Ərdoğan ABŞ-a cavab verdi: “Kimsədən icazə almayacağıq, bu iş bitib”

admin

Şərurlu İsfəndiyarın oğlu növbəti dəfə niyə həbs olunub – TƏFƏRRÜAT

redaktor