21 C
Bakı
21 İyun 2025 21:48
Maqazin

Müğənni: “Evimdə ərzaq yoxdur, oğlum acdır”

 

“Maddi vəziyyətim çox acınacaqlıdır. Əməliyyatdan çıxmışam, iynə-dərmanı almağa imkanım yoxdur. Müalicə prosedurlarını vaxtlı-vaxtında edə bilmirəm”.

Tacxeber.com xəbər verir ki, bu sözləri müğənni Nurlan Əzizbəyli Teleqraf.com-a açıqlamasında deyib:

“Mütəmadi olaraq el şənliklərində olmuşam. Artıq neçə illərdir toy məclislərinə də dəvət etmirlər. Sanki hər şey dayanıb. Bəlkə işlərimə mane olanlar var. Başa düşə bilmirəm. Zaur Baxşəliyevin aparacılıq etdiyi verilişə ev problemimə görə getmişəm. Dövlətimiz çox sağ olsun, hər şeyi etdi. Millət vəkili Qənirə Paşayeva çox sağ olsun, evimizi təmir elətdirdi. Zaur qardaşımın vasitəsiylə…

Səhhətimdə bəzi problemlər var idi, müalicə olundum. Kömək etdilər. Hazırda dərmanlar almalıyam, imkan yoxdur. Evimdə ərzaq da yoxdur. Oğlum ali məktəbə hazırlaşır, ac qalır”.

Tacxeber.com

Oxşar xəbərlər

Cənazə namazı Ərk qalasında qılınan şair: «Sazlı-sözlü bir Şəhriyar var imiş»

redaktor

“Ac qaldım, ölmək istədim…” – VİDEO

redaktor

“TikTok-dan evinə pul aparanların çörəyinə bais olmusan”

redaktor