Cəmiyyət

Pensiyalar və müavinətlərlə bağlı şad xəbər – Yanvarın 1-dən artımlar olacaq

 

Əmək pensiyalarının orta aylıq məbləği 12 faiz artıb.

Tacxeber.com BAKU.WS-ə istinadən xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair mətbuat konfrasında bildirib.

O əlavə edib ki, cari ildə əmək pensiyalarının orta aylıq məbləği 372 manat təşkil edib. 2023-cü il üzrə bu məbləğ 423 manat proqnozlaşdırılıb.

“Əgər biz bu göstəricini ötən ilin rəqəmləri ilə müqayisə etsək, bu zaman 12 faizlik artımı görə bilərik. Həmin rəqəmi 2018-ci illə müqayisə etsək isə 68 faizdən artıq artımın olduğunu müşahidə edərik.

Həm müavinətlər və təqaüdlərin, həm də əmək pensiyalarının artırılması istiqamətində də müvafiq tədbirlər görüləcək”, – deyə Himalay Məmişov vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Hadi Rəcəblinin ailəsinə məxsus məşhur istirahət mərkəzində qanun pozuntusu

redaktor

Qubad İbadoğlunun qardaşına polis nəzarəti altına vermə qətimkan tədbiri seçildi.

admin

Azərbaycan Voleybol Federasiyasının sabiq vitse-prezidenti vəfat etdi

redaktor