Dünya

Hulusi Akar: “Qafqazda sülhü bərqərar etmək üçün Azərbaycanı dəstəkləyirik”

Hulusi Akar: "Qafqazda sülhü bərqərar etmək üçün Azərbaycanı dəstəkləyirik"

 

“Qafqazda sülhü bərqərar etmək üçün Türkiyə olaraq bütün qüvvəmizlə Azərbaycanı dəstəkləyirik”.

Tacxeber.com-ın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Prezident Administrasiyasının Milli Kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimində bildirib.

H.Akar deyib ki, türkün gücünü dünyaya göstərən Azərbaycan ordusuna bundan sonra da kimsənin yan baxmasına imkan verməyəcəyik.

“Prezidentimiz Rəcəb Tayyib Ərdoğan ən yüksək kürsülərdən “Azərbaycan yalnız deyildir”, – dedi. Bundan sonra hər iki prezidentimizin əzmi ilə möhtəşəm qələbəyə imza atıldı. Şuşa bəyannaməsi ilə Türkiyə və Azərbaycanın əbədi dostluğuna imza atılıb. Biz savaşmaq üçün deyil, savaşın qarşısını almaq üçün varıq”, – nazir vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycana üzərində erməni dilində yazılar olan mallar göndərilib

redaktor

Bakı Usubovu Tiflisə göndərdi: Bu suala cavab istəyir

redaktor

Ukrayna Krım körpüsünü dağıtmağa hazırlaşır

redaktor