21 C
Bakı
09 Sentyabr 2026 12:01
Siyasət

Qüdrət Həsənquliyev: Küçə süpürən gəlir vergisi ödəyəcək, 8000 manat alan İT mütəxəssisi ödəməyəcək?

 

“Bu layihə sosial ədaləti pozur. Belə çıxır ki, küçə süpürən adam gəlir vergisi ödəyəcək, 8000 manat alan İT mütəxəssisi bunu ödəməyəcək. Yaxşısı həmin sahədə maaşı artırmaqdır, onu vergidən azad etmək yox”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, o, bu layihələrə qarşıdır “Dünyanın hər yerində çox qazanan adam çox vergi ödəyir, bizdə isə əksinə, az qazananın vergisi də çoxdur. Biz son vaxtlar vergi və gömrük rüsumlarından ancaq azadetmə ilə məşğuluq. Büdcəyə kim pul verməlidir?! 300-400 maaş alanlar? Bu layihələr Konstitusiyaya qarşıdır. Bu layihə geri qaytarılmalı və aidiyyəti orqanla təkrar müzakirə olunmalıdır”.

Tacxeber.com

Oxşar xəbərlər

Aİ Ukraynaya “Patriot” üçün 3,2 milyard avro ayırıb

redaktor

Yəməndə vəziyyət

redaktor

Peskovun yalanları və ya raşizm “beyinləri yumağa” davam edir

redaktor