Dünya

Ukrayna Belarusla sərhədi möhkəmləndirir

Ukrayna Belarusla sərhədi möhkəmləndirir

 

Ukrayna Rusiya qoşunlarının bu ölkə ərazisindən mümkün hücumu fonunda Belarusla sərhədi möhkəmləndirir.

Tacxeber.com xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin BBC-yə müsahibəsində deyib.

“Biz Rusiya və Belarusla sərhədin bütün uzunluğu boyunca müdafiə xətləri qururuq”, – deyən Yenin bura atıcı silah və artilleriya mövqeləri və sursat anbarlarının da daxil olduğunu vurğulayıb.

“Hava hücumundan müdafiə sistemimiz sayəsində biz Rusiya tərəfinin buraxdığı pilotsuz uçuş aparatlarının 90 %-ni vura bildik”, – deyə o, paytaxtın enerji infrastrukturunun bir hissəsinin xeyli zədələndiyini və energetiklərin elektrik enerjisini bərpa etmək üçün gecə-gündüz işləməli olduğunu etiraf edib.

Tacxeber.com

Oxşar xəbərlər

İnfarkt keçirib komaya düşən, sağ qalıb iki dəfə Cekpot qazanan dünyanın ən şanslı insanı

admin

Şolts Trampı Zelenski haqda dediklərinə görə TƏNQİD ETDİ

redaktor

Payız çətin olacaq, Ukraynanın 45 gün vaxtı qalıb .

admin