27 C
Bakı
21 Sentyabr 2026 19:28
Gündəmİdman

Messi qol vurarkən meydanda 13 argentinalı olub – FOTO

 

Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2022-nin dünən baş tutan finalında qol vurarkən meydanda 13 komanda yoldaşı olub.

Epizod görüşün 108-ci dəqiqəsində qeydə alınıb.

Cənubi amerikalı superulduz rəqib qapısını nişan alarkən ehtiyatda olan iki argentinalı meydana girib və top qapı xəttini keçdiyi anda onların hər ikisi qazon üzərində olub. Bu qol 35 yaşlı Leonun komandasını hesabda önə keçirib.

Xatırladaq ki, 90 dəqiqəsi 2:2 hesabı ilə bitən finalın əlavə vaxtında tərəflər hərəyə 1 dəfə fərqlənib. Oyunsonrası penaltiləri daha dəqiq yerinə yetirən Argentina Fransanı yenərək tarixində 3-cü dəfə dünya çempionu adını qazanıb.

Tacxeber.com

Oxşar xəbərlər

Netanyahunun ABŞ planları alt-üst oldu?

redaktor

Simoenedən Mourinyoya: “Sərhədi keçməməlisən”

admin

Ramzan Kadırovun 100 faiz səs topladığı bildirilir

admin