24 C
Bakı
12 Avqust 2025 00:59
Cəmiyyət

16 yaşında qətlə yetirilən Turanın bacısı danışdı – VİDEO

 

Olimpiya Kompleksində qətlə yetirilən 16 yaşlı idmançı Turan Rüstəmovun bacısı Gülsüm Rüstəmova qardaşı ilə bağlı xatirələrini bölüşüb.

Tacxeber.com xəbər verir ki, Gülsüm Rüstəmova MTV-yə açıqlamasında mərhum qardaşının çox mehriban və gülərüz olduğunu və onunla xoş günlər keçirdiyini dilə gətirib.

Qeyd edək ki, Yevlax rayon sakini 2006-cı il təvəllüdlü Turan Rüstəmov ötən ay Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında qətlə yetirilib. Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Turan Rüstəmova bıçaqla xəsarət yetirərək qətl törətməkdə şübhəli bilinir.

Tacxeber.com

Oxşar xəbərlər

“Zirə”dən böyükhesablı məğlubiyyət.

admin

Səhiyyə Nazirliyi və DGK ölkəyə gətirilən arıqlama çayları barədə birgə məlumat yayıb

redaktor

Qeyri-rəsmi yaşadığı qadına karxana bağışlayan başçı kimdir?

admin