Cəmiyyət

Prezidentin xüsusi nümayəndəsi: “Qarabağ İqtisadi Rayonunda 150 minə yaxın iş yeri yaradılacaq”

Prezidentin xüsusi nümayəndəsi: "Qarabağ İqtisadi Rayonunda 150 minə yaxın iş yeri yaradılacaq"

 

Qarabağ İqtisadi Rayonunda 150 minə yaxın iş yerinin yaradılması planlaşdırılır.

Tacxeber.com xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Zəngilan Hava Limanında Səudiyyə Ərəbistan Krallığının nümayəndə heyətinin Zəngilana səfəri zamanı təşkil edilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, bu da şübhəsiz, ölkənin ÜDM-də daha yüksək artıma töhfə verəcək: “Biz 190 hektar ərazidə Ağdam Sənaye Parkı tikirik, burada bütün sakinlər bütün lazımi kommunal xidmətlərlə təmin olunacaqlar. Artıq bir neçə sakinimiz var. Sakinlər 10 il müddətinə ƏDV və gömrük vergisi istisnaları kimi bir sıra güzəştlərdən yararlanacaqlar”.

Tacxeber.com

Oxşar xəbərlər

Sahil Babayevə birinci müavin təyin edilən Anar Kərimov onun qrup yoldaşı imiş… – MARAQLI MƏLUMATLAR

redaktor

Xalq artisti nazir xanımının 3 milyonluq mülkündən danışdı: “Sağ olsunlar…”

admin

Daha 20 il də Rusiyanın “mərhəmətinə” güvənməlidir ki, nəsə olsa xəbər edəcəklər bizə?

admin