Dünya

Mövqelərimiz atəşə tutuldu

Mövqelərimiz atəşə tutuldu

 

Dekabrın 16-sı saat 12:00-dan saat 13:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsürskənd, Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam, Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Tacxeber.com xəbər verir ki, bundan başqa, dekabrın 16-sı saat 13:05 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.

Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya-Ukrayna münaqişəsində nə baş verir

redaktor

Bu onun ilk və son dəfə təyyarəyə minməyi idi

admin

İsrail hökuməti qondarma “erməni soyqırımı”nı tanıyan qətnaməni təsdiqləyib

redaktor