Cəmiyyət

Cəlilabadda məsciddən və evlərdən oğurluq edənlər saxlanıldı

Cəlilabadda məsciddən və evlərdən oğurluq edənlər saxlanıldı

 

Cəlilabadda məsciddən və 10 yaşayış evindən oğurluq edən həmkəndlilər saxlanılıb.

Tacxeber.comxəbər verir ki, Cəlilabad rayonunun Alar kəndində yerləşən yaşayış evlərindən birindən 7000 manat dəyərində təmir-tikinti alətləri və elektrik naqillərinin oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ocaqlı kənd sakinləri Taleh Əhmədov və Kənan İsgəndərov müəyyən edilərək saxlanılıblar.

Həmin şəxslərin ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onların Cəlilabad rayonunun ayrı-ayrı kəndlərində yerləşən ümumilikdə 10 yaşayış evi və 1 məsciddən məişət əşyaları və təmir-tikinti alətləri oğurlayaraq müxtəlif ünvanlarda satdıqları müəyyən edilib.

Oğurlanan əşyaların bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.

T.Əhmədov və K.İsgəndərov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktlarla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

“Yazılanlardan xəbərsizəm,biz öz işlərimizlə məşğuluq” -Əvəz Qocayev

admin

2024-cü ilin rəngi açıqlandı – FOTO

redaktor

Şəhidin xalasından iddialara cavab: “Anası körpəsini qoyaraq Türkiyəyə getdi” – VİDEO

redaktor