11 C
Bakı
30 Mart 2026 22:50
Cəmiyyət

Şuşada çəkilmiş bu görüntülər hər kəsi təsirləndirdi – Video

 

44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrundan canından keçən şəhidlərimizin xatirəsinə həsr olunmuş videoçarx maraqla qarşılanıb və izləyənləri təsirləndirib.

Kult.az xəbər verir ki, ekran işi Şuşa şəhərində, mərhum şair İsa Körpülünün “Gəl, sağollaşaq” şeiri əsasında ərsəyə gəlib.

Sözügedən şeiri tanınmış qiraətçi Xəzər Süleymanlı ifa edib, aktrisa Günay Həsən isə şəhid xanımlarının ümumiləşdirilmiş obrazını canlandırıb.

Elçin Ağazadənin rejissorluğu ilə hazırlanmış klipin ssenari müəllifi Aqşin Evrən, operatoru Soltan Abdullayevdir.

Oxşar xəbərlər

“Biz niyə problemləri həll etmək üçün əməkdaşlıq edəcəyimiz qurumları qovuruq ki?” Araz Əliyev”

admin

Bakıda bağçada uşaqlar dərmanla yatızdırılır? – İDDİA

redaktor

Nigar Camal: “Məni argetinalı və braziliyalı xanımlara oxşadırlar…” – VİDEO

redaktor