17 C
Bakı
27 Oktyabr 2026 13:27
Dünya

Solovyov: Bu gün Zelenskinin ofisini dağıtmalıyıq.

 

Artıq mən Ukraynada baş verənlərə “xüsusi əməliyyat” deyə bilmirəm. Bu, əsl müharibəsir və burada bütün vasitələrdən istifadə etməliyik.

Bu sözləri tanınmış rusiyalı teleaparıcı Vladimir Solovyov öz verilişinin (“Vladimir Solovyovla axşam”) efiri zamanı deyib.

“Bu gün və sabah Rusiyanın dəqiq raket zərbələri davam edəcək. Kimsə elə düşünür ki, bizim hərbi sursatımız tükənir, amma biz bunun belə olmadığını hərəkətdə sübut edirik, sözdə yox. Ukrayna Donetskdə dinc sakinlərə raket zərbələri endirir, dünyanın heç bir samballı KİV-i bunu işıqlandırmır. Necə ola bilər, bir tərəfdə dinc insanlar öldürülsün, Kiyevdə kimsə siqar çəksin (Ukrayna Prezidenti Zelenski nəzərdə tutulur – red.). Biz elə bu gün Kiyevin hökumət küçəsini yerlə yeksan etməliyik”, – deyə o qeyd edib. (axar)

Tacxeber.com

Oxşar xəbərlər

İran hicablı azərbaycanlı qızlara təhsil təklif edir, Bakı daxili işlərinə müdaxilədən danışır

admin

İstanbulda Azərbaycana girişi qadağan edilmiş Məhəmməd Əmin Yıldırım saxlanılıb

redaktor

Azərbaycan QHT-ləri Pezeshkianı İranda Azərbaycan dilində təhsili tətbiq etməyə çağırıb

redaktor