22.5 C
Bakı
29 İyun 2026 04:29
Cəmiyyət

81 yaşlı Xalq artisti: “Tək yaşayıram, nəvələrimə mane olmaq istəmirəm”

 

Xalq artisti Ofeliya Sənani yeni açıqlaması ilə diqqət çəkib.

Tacxeber.com xəbər verir ki, ARB telekanalında yayımlanan “Günaydın, Azərbaycan” proqramının çəkiliş heyəti 81 yaşlı aparıcının evində olub. Xalq artisti evində pişikləri ilə birlikdə yaşadığını bildirib:

“Tək yaşayıram, pişiklərimlə qalıram. Nəvələrim, nəticələrim də var. Amma onlara mane olmaq istəmirəm. Evdə oturmaq darıxdırıcı olmur. Səsyazmalara gedirəm, uşaqlar üçün nağıllar oxuyuram. Çünki uşaqları çox sevirəm, onlar üçün ürəkdən səsləndirirəm. Həftənin birinci günü 5-6 səsyazmanı edirəm, sonra da qulaq asıram. Televiziya izləyirəm, 4 televizorum var”.

Tacxeber.com

Oxşar xəbərlər

“Mehriban xanımla bir-birimizi sevirdik, sonra…”-Elarizdən illər sonra gələn ETİRAF-FOTO+ÖZƏL

admin

Ağsuda örüş sahələri Abid Şərifovun şirkətinə satılıb

redaktor

Bu binadan VAHİMƏLİ səslər gəlir – Sakinlər QORXU İÇİNDƏ – VİDEO

redaktor