21 C
Bakı
09 Sentyabr 2026 12:07
Dünya

Türk general Azərbaycan Ordusundan danışdı

 

Müdafiə Nazirliyinin Kollegiya iclasında Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılmasından danışılıb.

Tacxeber.com xəbər verir ki, bu barədə müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay çıxış edib.

O, Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən, aparılan islahatlar nəticəsində əldə edilən yeni nailiyyətlərdən söhbət açıb.

Qeyd edək ki, dekabrın 10-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2022-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.

İclasda nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə, xidmət və müstəqil şöbə rəisləri, videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri iştirak ediblər.

Tacxeber.com

Oxşar xəbərlər

Aİ Ukraynaya “Patriot” üçün 3,2 milyard avro ayırıb

redaktor

Ukrayna Silahlı Qüvvələri Novorossiyskə hücum etdi: itkilər var

redaktor

Yəməndə vəziyyət

redaktor