24.8 C
Bakı
06 İyun 2026 16:42
Dünya

Paşinyan: “Azərbaycanla dəmir yolunun bərpasına hazırıq”

Paşinyan: "Azərbaycanla dəmir yolunun bərpasına hazırıq"

 

Nikol Paşinyan üçtərəfli işçi qrupun Moskvada keçirilən görüşün nəticələrini şərh edib.

Tacxeber.com “Armenpress”ə istinadla xəbər verir ki, Ermənistan baş nazirinin sözlərinə görə görüşdə Yerasx (Arazdəyən)-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun yenidən qurulması məsələsi müzakirə olunub.

“Təəssüf ki, konkret nəticənin olduğunu deyə bilmərəm, lakin bir daha təsdiq etmək istəyirəm ki, Ermənistan bu proqramın həyata keçirilməsinə hazırdır və maraqlıdır. Təklifimiz qüvvədə qalır və Ermənistan dəmir yolunun bərpasına hər an başlamağa hazırdır.

Əvvəllər də fikirlərimizi bildirmişik. Həmin ideyaların ümumi olduğu andan dəmir yolunun bərpasına başlamağa hazırıq”, – deyə Paşinyan əlavə edib.
O bildirib ki, dəmir yolu və avtomobil yolu Ermənistanın qanunvericiliyi çərçivəsində fəaliyyət göstərməli və bu, sənəddə qeydə alınmalıdır.

Tacxeber.com

Oxşar xəbərlər

Belə yağışlar olanda niyə Tiflis ya İrəvanı su basmır?

redaktor

Türkiyə təhlükə yaranarsa, nüvə silahlanma yarışına hazırdır.

redaktor

Zaxarova Ukraynanı AZAL təyyarəsinin qəzasının “əsas səbəbkarı” adlandırıb.

redaktor