14 C
Bakı
27 Sentyabr 2025 12:35
Siyasət

“Müharibələr danışıqlar masası arxasında bitir” – Merkel

"Müharibələr danışıqlar masası arxasında bitir" - Merkel

 

Rusiyanın Ukraynaya qarşı müharibəsi danışıqlar masası arxasında bitəcək.

Tacxeber.comxəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel “Zeit” qəzetinə müsahibəsində deyib.

Bununla belə, keçmiş kansler qeyd edib ki, o, müharibənin nə ilə nəticələnəcəyini dəqiq proqnozlaşdıra bilmir.

“Bir gün danışıqlarla bitəcək. Müharibələr danışıqlar masası arxasında bitir”, – deyə o bildirib.

Bununla yanaşı, Merkel məsələnin həllində iştirakını istisna edir.

Xatırladırıq ki, Almaniya kansleri postunu tərk etməzdən bir müddət əvvəl Angela Merkel Vladimir Putinlə Ukrayna ilə bağlı danışıqları təşkil etməyə çalışsa da, Rusiya prezidentinə kifayət qədər təsir rıçaqları olmadığından buna nail ola bilməyib.

Tacxeber.com

Oxşar xəbərlər

Prezidentliyə namizəd olmaq istəyən Əkrəm İmamoğlunun universitet diplomu ləğv edilib.

admin

Paşinyan Ağrıdağ dağını Ermənistanın gerbindən çıxarmaq istəyir

redaktor

ŞOK hadisə – Rusiyanın Nüvə Bazalarının Sxemləri internetə sızdırıldı

admin