25 C
Bakı
10 Avqust 2025 23:17
Siyasət

Türkiyə ilə təhsil sahəsində əməkdaşlıq genişləndirilir

 

Türkiyə ilə təhsil sahəsində əməkdaşlıq genişləndirilir

 

Azərbaycanın elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu, TUBİTAK) prezidenti professor Hasan Mandalla görüşüb.

Təhsilin İnkişafı Fondundanbildirilib ki, TUBİTAK-ın baş ofisində keçirilən görüşdə əməkdaşlıq perspektivləri müzakirə edilib, elm və təhsilin inteqrasiyası, akademik mobillik proqramlarının həyata keçirilməsi, universitet-sənayə iş birliyinin inkişafı və digər istiqamətlər üzrə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb, birgə fəaliyyət planının hazırlanmasına qərar verilib.

Elnur Nəsibov Türkiyənin Milli Təhsil Fondunun İdarə Heyətinin sədri Mehmet Temel və eyni qurumun baş direktoru Funda Kahramanla da görüşüb. Görüşdə hər iki fond arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Tacxeber.com

Oxşar xəbərlər

III Respublika Platforması: “Üzvlərimizin saxlanıldığını güman edirik”

admin

Deputatlar “taksi qanununu” tənqid etdi: Onlar işlə təmin edilməlidir

redaktor

Antisülh simfoniyasının son akkordları: Onu kimlər ifa edir?

redaktor