12 C
Bakı
28 Mart 2026 15:16
Dünya

Çin Monqolustandan kömür oğurluğu ilə məşğul olan məmurları edam etdi

 

 

Çin Monqolustandan kömür oğurluğu ilə məşğul olan məmurları edam edib.

Tacxeber.com xəbər verir ki, bu barədə “CentralAsia” portalı məlumat yayıb.

“Çin tərəfi bu kömürün oğurlanmasında əli olan məmurları edam edib, Çin tərəfi bu işdə iştirak edən Monqolustan siyasətçilərinin adlarını Monqolustanın Baş naziri Luvsannamsrain Oyuun-Erdeneyə göndərib”, – məlumatda deyilir.

Monqolustanın paytaxtı Ulan-Batorda 60 trilyon tuqrik (1,8 milyard dollar) dəyərində kömür oğurlanması xəbərləri fonunda ikinci gündür ki, etiraz aksiyaları keçirilir. Yerli media Monqolustandan ixrac edilən kömürün miqdarının Çinin qəbul etdiyindən fərqli olduğunu yazıb. News.mn xəbər verir ki, nəticədə bir neçə min insan günahkarların adlarının çəkilməsini və məsuliyyətə cəlb olunmasını tələb edərək küçələrə çıxıb.

Qeyd olunur ki, etirazlar getdikcə daha şiddətli xarakter alır. Aksiyalar zamanı 4 nəfər xəsarət alıb. Bundan əlavə, etirazçılar hökumət binasına soxulublar.

Tacxeber.com

Oxşar xəbərlər

Putin Bakıda onunla görüşdən imtina edib

redaktor

Kadırov üçün milyardlar nağdlaşdıran şirkətlər ləğv edildi

redaktor

NYT: Çin Ukraynaya istehlakçı dron ixracında əngəllər yaradıb

redaktor