32 C
Bakı
12 Avqust 2025 15:51
DünyaŞou

Həmkarı Alla Puqaçovanın Rusiyanı tərk etmə səbəbini açıqladı

 

Müğənni Tatyana Bulanova həmkarı Alla Puqaçovanın Rusiyadan ailə vəziyyətinə görə köçdüyünü bildirib.

“Alla Borisovnanın getməsinə təəssüflənirəm. Biz onu çoxdan tanıyırıq, normal münasibətimiz var. Mən onu başa düşürəm, ərinin yanına getdi”, – Bulanova deyib.

Qeyd edək ki, sentyabrın sonunda sənətçi uşaqları ilə birlikdə Rusiyadan İsrailə köçüb. Bundan bir həftə sonra sosial şəbəkələrdə Puqaçovanın İsrail pasportu aldığı iddia edilən fotolar yayılmışdı. Məşhurun ​​konsert direktoru Yelena Çuprakova müğənninin iddia edilən sənədi alması ilə bağlı fikirləri şərh etməkdən imtina edib.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya aviaşirkəti Azərbaycana reyslərini ləğv etdi

redaktor

Dilqəm Əsgərovdan oğlunun ittihamlarına cavab

redaktor

İsrailin XİN başçısından İrana xəbərdarlıq

admin