30 C
Bakı
12 Avqust 2025 12:16
İdman

Premyer Liqa: “Qarabağ” “Neftçi”ni darmadağın edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start verilib.

Tacxeber.com xəbər verir ki, günün yaganə oyununda “Neftçi” “Qarabağ”ı qəbul edib.

“Bakcell Arena”dakı qarşılaşma “köhlən atlar”ın 4:0 hesablı qələbəsi ilə bitib. Ağdam təmsilçisinin qollarını 37-ci dəqiqədə Kadi Borges, 60-cı dəqiqədə Abdullah Zubir, 67-ci dəqiqədə Ramil Şeydayev vurub. 83-cü dəqiqədə isə Kadi Borges cərimə zərbəsindən baxımlı qola imza ataraq, dubl edib.

Xallarının sayını 44-ə çatdıran “Qarabağ” birinci pillədə qərarlaşıb. “Ağ-qaralar” 32 xalla üçüncü sıradadır.

Qeyd edək ki, XVI turun “Qəbələ” – “Səbail” və “Sabah” – “Şamaxı” oyunları dekabrın 3-də, “Kəpəz” – “Sumqayıt”, “Zirə” – “Turan Tovuz” görüşləri dekabrın 4-də olacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Qazaxda icra başçısını tənqid edən bələdiyyə sədrinin müavini psixiatriya xəstəxanasına salınıb

admin

Futbol matçında FACİƏ: gənc futbolçunı ildırım vurub öldürdü, daha 6 nəfər…

redaktor

“Neftçi” ilə anlaşmadı, bu klubun baş məşqçisi oldu

redaktor