24 C
Bakı
13 Avqust 2025 07:06
DünyaGündəm

Çin və Rusiya döyüş təyyarələrinin Cənubi Koreya Hava Hücumundan Müdafiə Bölgəsinə (KADIZ) daxil olması bölgədəki gərginliyi artırıb.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisədən sonra Cənubi Koreya döyüş təyyarələrini havaya qaldırıb.

2 Çin və 6 Rusiya döyüş təyyarəsinin ölkənin hava hücumundan müdafiə zonasına daxil olması ilə Cənubi Koreya döyüş təyyarələrini havaya qaldırarkən, rəsmi açıqlamalardan sonra bölgədəki gərginlik azalıb.

Seul Baş Qərargahından verilən açıqlamada Çin və Rusiyaya məxsus təyyarələrin ortaq hava təlimi həyata keçirdiyi və Cənubi Koreyanın hava məkanını pozmadığı bildirilib.

Cənubi Koreyaya məxsus döyüş təyyarələrinin havaya qalxmasının yalnız “ehtiyat” məqsədi ilə olduğu bəyan edilib:

“Ordumuz gözlənilməz vəziyyətlərə hazırlıq üçün bölgəyə döyüş təyyarələri göndərib”.

Tacxeber.com

Oxşar xəbərlər

İsrailin hücumu nəticəsində ölən İran hərbçilərinin SAYI ARTDI – FOTO

redaktor

9 illik həbsdən sonra günahsız olduğu açıqlanan şəxs danışdı – Video

admin

“Türk xalqı üçün dua edirəm” – Papa

redaktor