11 C
Bakı
30 Mart 2026 22:53
Dünya

Deputat canlı yayımdakı hərəkətinə görə cərimə olundu – Video

Deputat canlı yayımdakı hərəkətinə görə cərimə olundu - Video

Qazaxıstan parlamentinin deputatı Erlan Sairov canlı yayımda yerə tüpürdüyünə görə cərimə olunub.

Tacxeber.comxəbər verir ki, bu barədə məlumatı “Tengrinews.kz” yayıb.

Məlumata görə, hadisə “Xabar-24” telekanalının canlı yayımı zamanı baş verib. Sairov efirə öz mobil telefonundan qoşulub. Küçədə hərəkət edərək aparıcının suallarına cavab verən deputat gözlənilmədən yerə tüpürüb.

Hadisənin görüntülərini nəzərdən keçirən ölkə polisi deputatı ictimai ərazini çirkləndirdiyinə görə cərimə edib. Bununla belə, cərimənin məbləği açıqlanmayıb.

Deputat isə, öz növbəsində, yol verdiyi hərəkətə görə üzr istəməyə hazır olduğunu bildirib.

Oxşar xəbərlər

Tramp: Artıq Ukrayna münaqişəsi mənə maraqlı deyil

redaktor

ABŞ bölgəyə qayıtmır, oyunu yenidən qurur

redaktor

Xocalı soyqırımından 33 il ötür

redaktor