Gündəm

Naxçıvanın sabiq daxili işlər naziri AZADLIĞA ÇIXDI

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov azadlığa çıxıb.

Bakupost.az -ın bu barədə əldə etdiyi məlumata görə, 2021-ci ildən bəri həbsdə olan polis general-leytenantı Əhməd Əhmədov bu gün azadlığa buraxılıb. Onun həbsxanadan çıxandan sonra xəstəxanaya yerləşdirildiyi bildirilir.

Xatırladaq ki, Ə.Əhmədov ötən il barəsində olan korrupsiya əməllərinə görə həbs olunub. Məhkəmənin hökmü ilə sabiq nazir 11 il müddətinə azadlıqdan məhrum edilib.

Ə.Əhmədov 2000-ci ildən 2017-ci ilədək Naxçıvan MR-in daxili işlər naziri olub.

Aysel

Tacxeber.com

Oxşar xəbərlər

“İbadoğlu dərhal azad edilsin, rəsmilərə sanksiya tətbiq olunsun” – AP-nin qətnaməsi

admin

İranda müharibənin azərbaycan iqtisadiyyatına mümkün təsirləri

redaktor

Ermənilərdən yeni təxribat: Xocavənddə “PUA emalatxanası” açılıb – fransızlar kömək edir

admin