23 C
Bakı
22 İyun 2025 18:25
DünyaGündəm

Rusiyada afrikalı tələbələri “Vaqner” dəstəsinə cəlb edirlər – İDDİA

Rusiyada afrikalı tələbələri “Vaqner” özəl hərbi şirkətinə (ÖHŞ) cəlb edirlər və imtina etsələr, onları təqaüddən məhrum edəcəkləri və ya təhsilin qiymətini artıracaqları ilə hədələyirlər.

Tacxeber.com xəbər verir ki, bu barədə “The Daily Beast” nəşri məlumat yayıb.

Jurnalistlər Rostov-na-Donudakı Cənub Federal Universitetinin afrikalı tələbələri ilə söhbət ediblər. Onlar deyirlər ki, təhsil müəssisəsinin nümayəndələri tələbələri 3-5 min dollara “Vaqner” ÖHŞ-yə və ya Rusiya ordusuna qoşulub Ukraynaya döyüşməyə getməyə razı salmağa çalışıblar.

“Yataqxanamızda bizi qarşılayan üç məmur bizi Rusiya üçün döyüşməyə razı salmağa çalışdılar. Onlar dedilər ki, biz Ukraynada qısa müddət döyüşə, bu qədər pul qazana, sonra Rusiyaya qayıdaraq təhsilimizi davam etdirə bilərik. Bəzi afrikalıların artıq Ukraynada döyüşdükləri və yaxşı pul qazandıqlarını dəfələrlə xatırladıblar”, – tələbələr bildiriblər.

İmtina edildiyi təqdirdə tələbələr təhsil haqlarının artırılması və ya təqaüdlərin itirilməsi ilə hədələnirlər. Bundan əlavə, Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları da onları orduya cəlb etməklə məşğul olurlar.(report)

Tacxeber.com

Oxşar xəbərlər

1 nömrəli qanuni oğru kor olub

admin

“Xocalı qatili”nin yeri bilindi

redaktor

Bu foto çəkiləndən sonra Ərdoğan otağı tərk edib: Sinan Oğanla görüşənlər kim olub?

redaktor