10 C
Bakı
25 Mart 2026 21:34
Hadisə

Bakıda idman arenasında gənclər arasında dava olub, ölən var

Şağanda idman arenasında gənclər arasında dava olub, ölən var.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, noyabrın 26-da saat 17 radələrində Bakının Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 2006-ci il təvəllüdlü Turan Rüstəmovun ölməsi barədə polisə məlumat daxil olub.

Aparılan araşdırmalarla 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək T.Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə R.Səfixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda xanım alimin yaşı doqquz il kiçildildi

redaktor

Qənirə Paşayeva komaya düşdüyü haqda məlumat yayıldı – VİDEO

redaktor

PFL rəsmilərinin son durumu: İkisinin vəziyyəti kritikdir

redaktor