24 C
Bakı
17 Avqust 2026 20:54
Kriminal

DTX Naxçıvanda həbslərə başlayıb, inanılmaz rəqəmlər

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə müstəntiqin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu barəsində vəsatətinə baxılıb.

Bakupost.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə vəsatət təmin edilib.

Məhkəmədə Mənsur Əsgərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, cinayət işi üzrə araşdırmalar Komitədə “xüsusilə külli miqdarda” mənimsəmənin üstünü açıb. Belə ki, Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. İttihamın mahiyyətindən görünür ki, NMR DGK vəzifəli şəxsləri dövlət gömrük rüsumlarının rəsmiləşdirildiyi ümumi elektron sistemdən əlavə, rəsmiləşdirilmədən idxal olunan mallara görə qeyri-rəsmi ikinci yığım sistemi yaradıblar.

Cinayət işinin gedişatı barədə əlavə xüsusatlar dəqiqləşdirilir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Mənzillər, qətl və milyonlar: Elman Paşayevin oğlu səs-küylü işdə təqsirləndirilən şəxsə çevrilib

redaktor

SOCAR-ın sahə rəisi: “Dənizaltı borular kəsilərək satılır”

admin

Almaniyada yeni bir terror aktı

redaktor