Dünyaİqtisadiyyat

Rusiya 9 ayda müharibəyə bu qədər xərcləyib

Ukraynada müharibənin 9 ayı ərzində Rusiyanın hərbi xərcləri təxminən 82 milyard dollar təşkil edib ki, bu da ölkənin illik büdcəsinin 1/4-ni təşkil edir.

Bu barədə “Forbes” məlumat yayıb.

Bildirilib ki, 2021-ci ildə Rusiyanın büdcə gəlirləri 340 milyard dollar təşkil edib.

Ən böyük xərclər ordunun təminatı (28,7 milyard), itirilmiş texnika (20,8 milyard) və hərbçilərin maaşları (15,6 milyard) ilə bağlı olub.

“Yalnız ordunun təminatı ilə bağlı danışsaq, o zaman ən böyük xərcin (14,1 milyard) raketlərin istifadəsinə aid olduğunu deyə bilərik. Rusiya Ukraynaya 4 mindən çox raket buraxıb və bunların da orta dəyəri 3 milyon dollar təşkil edir. Bundan əlavə, artilleriya təminatı üçün də 6,6 milyard dollar xərclənib”, – deyə bildirib. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

Polşa Zelenskini Ukraynada milli panteon yaratdığına görə tənqid etdi

redaktor

ABŞ Dohada gözlədi, İran gəlmədi

redaktor

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor