3 C
Bakı
11 Fevral 2026 18:01
Hadisə

Bakıda atası tərəfindən bıçaqlanan iki yaşlı körpənin vəziyyəti AÇIQLANDI – YENİLƏNİB

Kliniki Tibbi Mərkəz Səbail rayonunda bıçaqlanan 2 yaşlı uşağın və nənəsinin vəziyyəti ilə bağlı açıqlama verib.

Tacxeber.com xəbər verir ki, KTM-nin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisədən sonra hər üç şəxs gecə saatlarında mərkəzə gətirilib:

“2020-ci il təvəllüdlü İ.Kərimov döş qəfəsinin açıq yarası ilə xəstəxanaya daxil olub və reanimasiya yerləşdirilib. 1976-cı il təvəllüdlü Əliyeva Əmin Zakir qızı da sol əlin kəsilmiş yarası ilə daxil olub və ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs, 1990-cı il təvəllüdlü Saqi Kərimov boğaz nahiyəsinə xəsarət yetirib. Ona xəstəxanada ilkin tibbi yardım göstərilib və polis əməkdaşları tərəfindən saxlanılıb”.

***

Səbail rayonunda 2 yaşlı uşağın bıçaqlanması ilə bağlı bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, noyabrın 23-də saat 20 radələrində Y.Mürsəlov küçəsində evlərin birində Yevlax rayon sakini 1990-cı il təvəllüdlü Saqi Kərimov 1976-cı il təvəllüdlü qayınanasına yüngül və 2020-ci il təvəllüdlü oğluna isə daxilə nüfuz edən, sonra özünün boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə S.Kərimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

İrəvan yaxınlığında güclü partlayış baş verdi

redaktor

Şeytan onu yoldan çıxardı, sözünün ağası olmayan bir populistə qoşuldu, imicinə də zərər vurdu, biznesinə də…

admin

Həbsdəki jurnalistlər nazir Mikayıl Cabbarovla Vergi Xidməti rəisinin məhkəməyə çağrılıb dindirilməsini tələb edirlər

admin