Şou

“Pulum gedir, “sağ ol” deyən də yoxdur” – VİDEO

Əməkdar artist Elnarə Abdullayeva bir də heç vaxt konsert verməyəcəyini açıqlayıb.

Bu haqda sənətçi “Söhbət var” verilişinə qonaq olarkən deyib.

Elnarə konsert üçün xərclənən pulu hədər hesab edib.

“Adama deyərlər ki, ay başı xarab, böyük konsertlər etməkdənsə, iki gündən bir yalançı mahnı yaz, pulunu qazan. Neynirsən, o boyda pulu sənətə xərcləyib başını xarab edirsən? Moskvada verdiyim “Qələbə” konsertinin zülmü hələ də başımdan çıxmayıb. Bəsdir konsertlər verdim. Pulum gedir, amma “sağ ol” deyən də yoxdur. And içmişəm ki, daha konsert verməyəcəm”, – deyə, Abdullayeva qeyd edib.

 

Oxşar xəbərlər

“Bədən ölçülərim 90-65-100-dür” – 53 yaşlı Aygün

redaktor

İlkinlə Aysel rəsmi qaydada boşandı

admin

Trampın qızı ərə getdi – Fotolar

admin