19 C
Bakı
27 Oktyabr 2026 16:43
Gündəm

“Azərbaycan bütün hərbi bazalarını İsrailin ixtiyarına verib” – İranlı din xadimindən CƏFƏNGİYAT

“Azərbaycan bütün hərbi bazalarını İsrailin ixtiyarına verib”.

 

Bu barədə İranın Hawzah News saytı yazı dərc edib. Saytın xəbərinə görə, İranın dini liderinin Şərqi Azərbaycan əyalətindəki nümayəndəliyinin rəhbəri Əbdülrəhim Nəcəfquluzadə Sarai Azərbaycana qarşı aldadıcı və əsassız ittihamlarla çıxış edib.

O bildirib ki, Azərbaycan bütün hərbi bazalarını İsrailə və İran İslam Respublikasının digər düşmənlərinə verib.

“Azərbaycan Respublikası bütün hərbi bazalarını İsrail və İran İslam Respublikasının digər düşmənlərinin ixtiyarına verib”, – deyə o, cəfəng iyyat danışıb.

O, ölkədə son iki ayda baş verən hadisələrə toxunaraq kinayə ilə deyib:

“Bu gün bizə yol göstərən və öz mediasını düşmənlərin ixtiyarına verən ölkələr müharibədə bütün kimyəvi maddələrdən istifadə ediblər, hansı ki, adətən heç bir savaşda istifadə olunmur”, – Sarai sərsəmləyib. (Konkret.az)

Tacxeber.com

Oxşar xəbərlər

Doğrudan da, komediyadır!

redaktor

Türk dünyasında liderlik uğrunda yeni mərhələ

redaktor

Avropada İranın dini-siyasi təsir şəbəkələri – III hissə

redaktor