23.4 C
Bakı
15 İyun 2026 15:11
Gündəmİdman

DÇ-2022-də ağır zədə – Şahzadə şəxsi təyyarə ayırdı

Qətərdə keçirilən dünya çempionatında Argentina ilə oyunda zədələnən Səudiyyə Ərəbistanı millisinin futbolçusu Yasser Al Şahraninin durumunun ciddi olduğu müəyyənləşib.

30 yaşlı müdafiəçiyə çənə sınığı, bir neçə üz sümüyünün əzilməsi və daxili qanaxma diaqnozu qoyulub.

Oyunçu əməliyyat olunacaq. Səudiyyə rəsmiləri Şahraninin Almaniyaya aparılması üçün şəxsi təyyarə ayırıb.

Qeyd edək ki, yığmanın qapıçısı Məhəmməd Əl-Ovais matçda komanda yoldaşını zədələyib. Qolkiper görüşün sonlarında topu cərimə meydançasından uzaqlaşdırmaq istəyərkən diziylə Yasser Al Şahranini vurub.

 

 

Tacxeber.com

Oxşar xəbərlər

Podolyak: “Ukrayna Saakaşvilini müalicə etməyə hazırdır” – FOTO

redaktor

“Ora-burasını şişirtmək dəyər deyil, qızlarınıza şəkərbura bişirməyi öyrədin”

redaktor

Türkiyənin Togg avtomobilinin qiyməti məlum oldu.

admin