Gündəm

Xankəndində “hakimiyyət” dəyişir – “Güc” qurumları da Vardanyanın nəzarətinə keçəcək…

“İndi Qarabağda anti-Rusiya fikirləri olan bir fiqur ola bilməz…”
“Artsaxda hakimiyyət dəyişikliyi baş verir – güc qurumları da Ruben Vardanyanın nəzarətinə keçəcək”.
Moderator.az xəbər verir ki, Tert.am nəşrinin yazdığına görə, bunu erməni mediasına açıqlamasında terrorçu eks-prezident Serjik Sərkisyanın lideri olduğu “Şərəf duyuram” blokunun Ermənistan parlamentindəki fraksiyasının katibi Tiqran Abramyan söyləyib.
“İndi Qarabağda anti-Rusiya fikirləri olan bir fiqur ola bilməz. Ən azından ona görə ki, Rusiya Federasiyası Vardanyanın təyinatının əleyhinə deyildi. Lakin məndə Ruben Vardanyanın Rusiya Federasiyasına birləşmə prosesinə başlamaq üçün Qarabağa göndərilməsi barədə məlumat yoxdur. Hərçənd vəziyyət sürətlə dəyişir – bir aydan sonra nə olacağını demək çətindir… Amma indiyə qədər Rusiyanın belə bir məqsədi olsaydı, Ruben Vardanyan və ya Arayik Arutyunyan bu prosesə başlayardılar”, – deyə rusiyayönlü müxalifətdən olan Ermənistan deputatı bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Rəisi Ərdoğana yenə “sərhəd tabu”sundan danışdı

admin

Azərbaycanlılar pornoya niyə çox baxır?

admin

Hərbçilərimizin yardım etdiyi 90 yaşlı erməni qadın: “Allah bizim millətin üstünə od töksün” – VİDEO

redaktor