28 C
Bakı
11 Avqust 2025 22:04
Sağlamlıq

Azərbaycan qadınlarında çox rast gəlinən – İsterik nevrozun ƏLAMƏTLƏRİ

Uzun müddət ailədə, işdə stres ortamı, arzulara çatmamaq, əzilmək, fikrini çatdıra bilməmək, daim təlaş, qorxu içərisində yaşamaq nevrozun daha qabarıq forması isterik formanı yaradır. Bu əsasən qadınlarda 25-30 yaşdan sonra çox rast gəlinir.

Funksional sinir, nevroloji pozulmadır. Əsası uşaq yaşlarından qoyulur, uyğun şəraitə düşdükdə aktivləşir.

Bəzən bu xəstəliyi ərköyünlük, xarakterlə səhv salırlar. Müalicə olunmadıqda, hətta ağır depressiya, şizofreniya və intihara gətirib çıxarır.

Əsas əlamətlərinə diqqət yetirsəz, vaxtında diaqnoz oluna bilər:

– isterik ürək getmələr, əsəbləşəndə, çığıranda bayılma

– qıcolma

– isterik amneziya (yaddaşın pozulması)

– mutizm nitqin olmaması

– afoniya səsin batması

– karlıq, korluq

– isterik ağrılar

– udmanın pozulması

– qusma

– hıçqırıq

Müalicəsi psixiatr, nevroloq, psixoterapevtlər tərəfindən aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Flora Kərimova həkimdən və kilnikadan 30 min manat tələb edir

admin

Başı gicəllənənlərin diqqətinə!

redaktor

Qızarmış kartof gənclərin beynini pozur – ALİMLƏR

redaktor