20 C
Bakı
23 İyun 2025 06:31
Dünya

Rəşad Dağlı üçün XOŞ GÜN: icazə verildi… – VİDEO

Qətl törətməkdə təqsirləndirilərək həbs olunan meyxanaçı Rəşad Dağlı ilə ailəsi sabah görüşəcək.

Tacxeber.com xəbər verir ki, bu barədə “İnterpress” məlumat yayıb.

Bildirilib ki, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan meyxanaçı ilə ailə üzvlərinin görüşünə icazə verilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Rəşad Dağlı Qaradağ rayonu Lökbatan qəsəbəsində 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi qətlə yetirib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Tacxeber.com

Oxşar xəbərlər

Toyda bəy gəlini yumruqla vuraraq döydü – ANBAAN GÖRÜNTÜ

redaktor

Elton Condan biabırçı hərəkət – Tualet ehtiyacını…

redaktor

Fransa niyə qarışdı ? – Yadigar Sadıqlı

admin